U-17 cüdoçuların AÇ-da püşkatma mərasimi keçirilib
İyunun 29-dan iyulun 2-dək İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində 17 yaşlı (U-17) cüdoçular arasında Avropa çempionatı keçiriləcək. Dörd gün davam edəcək bu yarışda Azərbaycan 12 çəkidə 17 (10 oğlan və 7 qız) idmançı ilə təmsil olunacaq. İyunun 28-də çempionatın püşkatma mərasimi keçirilib və cüdoçularımızın ilk rəqibləri müəyyənləşib. Reqlamentə görə turnirin ilk üç günü fərdi, son gündə isə komanda yarışları keçiriləcək. Təsnifat görüşləri hər gün saat 12:30-da, final bloku isə saat 19:30-da başlanacaq.
Komanda yarışları 1/8 finaldan başlayacaq. Azərbaycan ilk olaraq, Çexiya ilə üzləşəcək.
İNTİQAM Məmmədov


