Bakıda Şimali Kipr Türk Cümhuriyyəti Mədəniyyət Günü keçirilib - FOTOREPORTAJ
13.06.2026-cı il tarixində Şimali Kipr Türk Respublikasının mədəni dəyərləri Azərbaycanın paytaxtı Bakıda keçirilən "KKTC Mədəniyyət Günü" tədbirində ziyarətçilərə təqdim edildi.
AZpress.AZ xəbər verir ki, Baş nazirin müavini, Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit Nazirliyi tərəfindən "Ada Kipr" layihəsi çərçivəsində təşkil edilən tədbirdə xalq rəqsləri və musiqisindən tutmuş ənənəvi əl sənətlərinə və regional ləzzətlərə qədər geniş mədəni sərvətlər nümayiş etdirildi.
Günorta saatlarında açılış mərasimi ilə başlayan tədbirdə Nikosiya Folklor Dərnəyinin (FOLK-DER) xalq rəqsləri və Otantik Qrupunun konserti yer aldı. Azərbaycanlı sənətçilər və xalq rəqs qrupları da çıxış etdilər. Gün ərzində köşklərdə Şimali Kiprə xas olan yeməklər, əl işləri və mədəni dəyərlər nümayiş etdirildi.
Ziyarətçilər köşklərə böyük maraq göstərdilər və Kipr Türk mədəniyyəti haqqında birbaşa məlumat əldə etmək imkanı qazandılar.
Fotomüxbir Mahir Əhmədov,
Xeyransa İsmayılova


