DÇ-2026-da ABŞ millisi Paraqvayı darmadağın edib
Kanada isə evdə Bosniya və Herseqovina ilə sülh bağlayıb
İyunun 11-də start götürən futbol üzrə 23-cu dünya çempionatı davam edir. İyunun 12-də mundialda daha iki oyun keçirilib. Dünya çempionatına Kanada və Meksika ilə birlikdə ev sahibliyi edən və "D" qrupunda yer alan ABŞ millisi Los-Anceles şəhərindəki "SoFi Stedium" arenasında Paraqvayla qarşılaşıb. Qarşılaşma amerikalıların darmadağın hesablı qələbəsi ilə başa çatıb - 4:1.
Oyunda hesab 7-ci dəqiqədə paraqvayli Damian Bobadilyanin avtoqolu ilə acilib- 1:0.
Matçın 31-ci dəqiqəsində amerikalı Folarin Baloqun komanda yoldaşı Kristian Pulisicin ötürməsini qola çevirməklə hesabı artırıb - 2:0.
45+5 dəqiqədə isə Baloqun Malik Tillmanin ötürməsindən sonra dubl edərək özünün ikinci, komandasının isə üçüncü qolunu vurub - 3:0.
Fasilədən sonra rəqiblər hərəyə bir dəfə fərqləniblər. 78-ci dəqiqədə Xulio Enkisodan top alan Maurisiu vurulan qollardan birinin əvəzini çıxa bilib - 3:1.
Matçda son nöqtəni ABŞ millisinin üzvü Covanın Reyna qoyub. Bununla da ABŞ millisi ev sahibliyi etdiyi mundiala qələbə ilə başlayıb.
Həmin gün daha bir oyun Kanadanın paytaxtı Torontoda keçirilib. Mundialın üç ev sahibindən biri olan və "D" qrupunda yer alan Kanada doğma divarlar arasında Bosniya və Herseqovina ilə üzləşib. 90 dəqiqəlik mübarizə sülh şəraitində başa çatıb - 1:1.
21-ci dəqiqədə bosniyalı Yovo Lukic hesabı açıb - 0:1. Kanadalilar yalnız 78-ci dəqiqədə künc zərbəsindən sonra Kayla Larinin vurduğu cavab qolu sayəsində məqlubiyyətdən yaxşı qurtara bilib - 1:1.
Bu gün mundialda daha 6 oyun keçiriləcək.
İNTİQAM Məmmədov


