Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda "Nine Senses Fest 2026" Beynəlxalq Festivalı start götürdü +FOTO=39

Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Yoqa Federasiyasının prezidenti və Nine Senses Art Center-in təsisçisi Leyla Əliyevanın himayəsi ilə keçirilən beynəlxalq şəxsi inkişaf, sağlamlıq və yaradıcılıq festivalı Nine Senses Fest 2026-nın rəsmi açılışı baş tutub.

AZpress.AZ xəbər verir ki, Festival Azərbaycan və xarici ölkələrdən yoqa, meditasiya, psixologiya, incəsənət, bədən təcrübələri və şəxsi inkişaf sahələrində fəaliyyət göstərən aparıcı mütəxəssisləri bir araya gətirib. Festivalın ilk günü ərzində The Club Port Baku və JW Marriott məkanlarında onlarla master-klass, mühazirə və praktiki sessiyalar təşkil olunub.

İştirakçılar hatha yoqa, kundalini yoqa, çiqonq, sound healing, neyrogimnastika, müxtəlif bədən təcrübələri və meditasiya sessiyalarında iştirak etmək imkanı əldə ediblər. Vadim Popov, Lev İvanov, Nandan Qautam, Darpan, Yelena Seselkina və digər tanınmış ekspertlərin çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Günün kulminasiya nöqtəsi festivalın rəsmi açılış mərasimi, həmçinin Aura RA tərəfindən təqdim olunan “Transformasiya” adlı immersiv meditativ performans olub.

Festivalın açılış mərasimində çıxış edən Nine Senses Art Center-in akademik direktoru Natalya Jukova müasir insan üçün həyatın sürətli ritmi ilə daxili harmoniya arasında tarazlığın qorunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

“Nine Senses qədim biliklərin müasir təcrübələrlə qovuşduğu, insanların dayanaraq öz daxili səslərini eşidə bildiyi və daha şüurlu, harmonik həyata doğru addım atdığı bir məkandır. Bakıda müxtəlif ölkələrdən, mədəniyyətlərdən və ənənələrdən olan insanları inkişaf, sağlamlıq və daxili yüksəliş arzusu ətrafında bir arada görməkdən böyük məmnunluq duyuruq”, – deyə Natalya Jukova bildirib.

Festival 13 və 14 iyun tarixlərində Sea Breeze Resort ərazisində davam edəcək.

13 iyun tarixində festival iştirakçılarını proqramın ən çox gözlənilən qonaqları ilə görüşlər gözləyir. Gün ərzində Lev İvanovun “Bütün gün üçün enerji və güc”, İmram Kriyanın “Həyat elmi” mövzusunda master-klası, eləcə də Pavel Piskaryovun “Neyroağac. Köklərdən inkişafa doğru” praktiki sessiyası keçiriləcək. Axşam isə İmram Kriyanın satsanqı və konsert proqramı baş tutacaq.

14 iyun tarixində festivalın əsas hadisəsi Şərq mənəvi ənənələrinə həsr olunmuş Sufizm Günü olacaq. Proqram çərçivəsində sufi təcrübələri, səma mərasimləri, zikrlər, Mövlana Ruminin poeziyası, Pavel Piskaryovun immersiv art-performansı və Türkiyədən gələn musiqiçi Özgür Babanın canlı çıxışı təqdim ediləcək.

Festivalın yekun proqramı bağlanış mərasimi, Çingiz Mustafayevin “STATE of SOUND” adlı böyük konsert proqramı və Marat Niqmatulinin “SBUDETSYA!” adlı konsert çıxışı ilə tamamlanacaq.

Bu il Nine Senses Fest 2026 80-dən çox spiker və eksperti bir araya gətirərək iştirakçılara sağlamlıq, şüurlu həyat tərzi, incəsənət və şəxsi inkişaf sahələrində dünyanın ən qabaqcıl təcrübələri ilə tanış olmaq imkanı yaradır.

Nine Senses Fest 2026 beynəlxalq festivalı 12–14 iyun tarixlərində Bakı şəhərində keçirilir və üç gün ərzində iştirakçılara sağlamlıq, şüurlu həyat tərzi, incəsənət və şəxsi inkişaf sahələrində zəngin proqram təqdim edir.

Fotolar: Mahir Əhmədov

* * *

* * *

RU:

Nine Senses Fest 2026 стартовал в Баку: более 80 экспертов и три дня практик, искусства и осознанности

В Баку состоялось торжественное открытие международного фестиваля осознанного развития, здоровья и творчества Nine Senses Fest 2026, который проходит под патронажем Лейлы Алиевой — вице-президента Фонда Гейдара Алиева, президента Федерации йоги Азербайджана и основателя Nine Senses Art Center.

Фестиваль объединил ведущих экспертов в области йоги, медитации, психологии, искусства, телесных практик и личностного развития из Азербайджана и зарубежных стран. В течение первого дня мероприятия на площадках The Club Port Baku и JW Marriott прошли десятки мастер-классов, лекций и практических сессий.

Участники смогли посетить занятия по хатха-йоге, кундалини-йоге, цигуну, sound healing, нейрогимнастике, телесным практикам и медитациям. Особый интерес вызвали мастер-классы Вадима Попова, Льва Иванова, Нандана Гаутама, Дарпана, Елены Сеселкиной и других известных экспертов. 

Кульминацией дня стала официальная церемония открытия фестиваля, а также иммерсивный медитативный перформанс «Трансформация» от Aura RA.

Открывая фестиваль, академический директор Nine Senses Art Center Наталья Жукова отметила, что современному человеку особенно важно находить баланс между стремительным ритмом жизни и внутренним состоянием.

«Nine Senses — это пространство, где древние знания встречаются с современными практиками, где каждый человек может остановиться, услышать себя и сделать шаг к более осознанной и гармоничной жизни. Мы рады видеть в Баку представителей разных стран, культур и традиций, объединённых стремлением к развитию, здоровью и внутреннему росту», — подчеркнула Наталья Жукова.

Фестиваль продолжится 13 и 14 июня в Sea Breeze Resort.

13 июня участников ждут выступления одних из самых ожидаемых гостей фестиваля. В программе — мастер-класс Льва Иванова «Заряд бодрости и энергии на весь день», встреча с Имрамом Крийей «Наука жизни», а также практическая работа Павла Пискарева «Нейродрево. От корней — к росту». Вечером состоится сатсанг и концерт Имрама Крийи.

14 июня центральным событием станет День суфизма, посвящённый духовным традициям Востока. Гостей ждут суфийские практики, сема, зикры, поэзия Руми, иммерсивный арт-перформанс Павла Пискарева и музыкальная программа турецкого исполнителя Özgür Baba.

Финальным аккордом фестиваля станет церемония закрытия и большой концерт Чингиза Мустафаева «STATE of SOUND» , а также выступление Марата Нигматулина с концертной программой “СБУДЕТСЯ!”, которые завершат  программу Nine Senses Fest 2026.

В этом году фестиваль объединяет более 80 спикеров и экспертов, предлагая участникам уникальную возможность познакомиться с лучшими мировыми практиками в области здоровья, осознанности, искусства и личностного развития.

Nine Senses Fest 2026 проходит с 12 по 14 июня в Баку.

Фотографии: Махир Ахмадов

Best coffeeshop in Berlin