Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Joze Maurinyo "Real"da

Madrid "Real"ı yenidən portuqaliyalı mütəxəssis Joze Maurinyo ilə anlaşıb. "Kral klubu" onun 2029-cu ilin iyun ayına qədər müqavilə bağlayıb. 63 yaşlı məşqçi yeni işinə iyulun 13-də başlayacaq. Onun son iş yeri isə 2025-ci ilin sentyabr ayından etibarən "Benfika" klubu olub. Madridlilər Maurinyonu özlərinə gətirmək üçün "Benfika"ya 15 milyon Avro ödəyiblər. 

Xatırladaq ki, Maurinyo 2010-2013-cu illərdə də "Real"ı çalışdırib. O, həmin illərdə "Real"la İspaniya La Liqasının, İspaniya Kubokunun və İspaniya Super Kubokunun qalibi olub.

"Real"in hazırkı vəziyyətinə gəlincə, qeyd edək ki, 2025/26-cı illər mövsümünə Xabi Alonsonun rəhbərliyi altında başlayıb. 2026-cı ilin yanvarında Alonsonu Alvaro Albero əvəzləyib. Klub qarşısına qoyduğu hədəflərə çata bilməyib. La Liqanı ikinci yerdə başa vuran "Kral klubu" İspaniya Kubokunun 1/8 finalında "Atletika"ya, Çempionlar Liqasının isə 1/4 finalinda "Bavariya"ya uduzaraq mübarizəni dayandırıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin