Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Futbol üzrə dünya çempionatına start verilib

Açılış matçında Meksika millisi CAR-i məğlub edib

Dünən gecə saatlarında futbol üzrə sayca 23-cü olan Dünya Çempionatına (The 2026 FIFA World Cup) Meksikada yerli komanda ilə CAR arasında baş tutan oyunla start verilib. "Estqdio Azteca" stadionunda keçirilən oyun ev sahibinin 2:0 (1:0) hesablı qələbəsi ilə başa çatıb. Matçda ilk qolu 9-cu dəqiqədə Erik Liranın ötürməsindən sonra Xulian Kinyones vurub. Qarşılaşmanın 67-ci dəqiqəsində isə Raul Ximenes komanda yoldaşı Roberto Alvardonun ötürməsini qola çevirməklə hesabı artırıb. 

Maraqlıdır ki, bu görüş düz 16 il əvvəl baş vermiş hadisənin oxşarı olub. Belə ki, 2010-cu ildə CAR-da keçirilən dünya çempionatının (DÇ-2020) açılış matçında da məhz bu komandalar qarşıb. 1:1 hesabı ilə bitən həmin oyunda isə əksinə CAR ev sahibi, Meksika isə qonaq komanda qismində meydana çıxıb. 

Dünən gecə "A" qrupunda keçirilən digər oyunda isə Koreya millisi Çexiyanı üstələyib - 2:1.

Bu gün çempionat "B" qrupunda yer alan Kanada ilə Bosniya və Herseqovina komandasının qarşılaşması ilə davam edəcək. Görüş mundiala şərikli ev sahibliyi edən Kanadanın meydanında olacaq (saat 22:00). Sabah isə bu qrupda Qətər - İsveçrə matçı keçirəcək. Həmin gün "D" qrupunda isə mundialın ev sahiblərindən biri olan ABŞ millisi Paraqvayla üzləşəcək. 

Xatırladaq ki, DÇ-2026-da ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq. Komandalar 12 qrupda (hərəsində 4 komanda) yer alıb. Reqlamentə görə, qruplarda ilk iki yeri tutan və 8 ən yaxşı qrup üçüncüsü olanlar (32 komanda) 1/16 finala yüksələcək.

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək davam edəcək mundialın oyunları Meksika, Kanada və ABŞ-da keçiriləcək. 

Bizlər üçün daha maraqlı olan və "D" qrupunda yer alan Türkiyə millisi isə ilk matçını İyunun 14-də Avstraliya komandasına qarşı keçirəcək. Ay-ulduzlu komanda qrup oyunları çərçivəsində iyunun 20-də Paraqvay, iyunun 26-da isə ev sahibi ABŞ-lə qarşılaşacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin