Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bəhram Şəms:

Darıxmışam, ay uşaqlıq...

Darıxmışam, ay uşaqlıq...
Yenə yaman ürəyimdən keçirsən,
Darıxmışam, ay uşaqlıq, qayıt, gəl,
Həsrətindən bu ürəyim qan ağlar,
Darıxmışam, ay uşaqlıq, qayıt, gəl...


İstəyirəm əllərindən tutam mən,
Qəlbimdəki dərdi, qəmi atam mən,
Qucaqlaşıb həsir üstə, yatam mən,
Darıxmışam, ay uşaqlıq, qayıt, gəl...


Atam evi - mənim padşah sarayım,
Çatmır ona axı ünüm, harayım...
Gəl, pırtlaşıq saçlarını darayım,
Darıxmışam, ay uşaqlıq, qayıt, gəl...


Sən aşiqdin, bahar sevən, yaz sevən,
Körpəlikdən şeir sevən, söz sevən,
Məhəllədə gündə başqa qız sevən,
Darıxmışam, ay uşaqlıq, qayıt, gəl...


Bəhram Şəmsəm, ana yurdun vurğunu,
Ruhum dinlər qəlbimdəki vurğunu...
Sən ömrümün uzaq yollar yorğunu,
Darıxmışam, ay uşaqlıq, qayıt, gəl...

Best coffeeshop in Berlin