Donald Tramp NBA final oyununa qatılacaq
ABŞ prezidenti Donald Tramp NBA finalının 3-cü oyununa qatılmaq niyyətindədir.
Amerika prezidenti 8 iyunda "Madison Square Garden"də keçiriləcək "New York Knicks" və "San Antonio Spurs" komandaları arasında oyuna qatılmağı planlaşdırır.
Nəşrin məlumatına görə, prezidentin mümkün səfəri ərəfəsində arenada təhlükəsizlik tədbirləri artıq gücləndirilib.
Tramp əvvəllər Nyu-Yorkda keçiriləcək NBA final oyunlarından birinə qatılmaq istəyini bildirmişdi.
ABŞ prezidentinin həmçinin Şərq Konfransı finalının 5-ci oyununa qatılmağı planlaşdırdığı bildirilir. Lakin New York Knicks seriyanı erkən qazandığı və finala yüksəldiyi üçün bu görüş baş tutmayıb.
Xatırladaq ki, "New York Knicks" həlledici seriyanın 1-ci oyununda "San Antonio Spurs" komandasını 1-0 hesabı ilə məğlub edib.


