Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

3x3 basketbolu üzrə qadın millimiz Dünya Çempionatında

Polşanın paytaxtı Varşavada qadınlar arasında 3x3 basketbolu üzrə keçirilən və Azərbaycan yığmasının da qatıldığı Dünya Çempionatı davam edir. Bu gün millimiz qrup mərhələsində daha iki oyun keçirib.  Maraqlıdır ki, komandamız hər iki oyunda meydanı qələbə ilə tərk edib. Günün birinci yarısında Çexiyanı (14:11) məqlub edən basketbolçu xanımlarımız günün ikinci yarısında isə ev sahiblərini üstələyiblər - 20:13. Bu qələbə sayəsində qrup ikinciliyini özünə təmin edən millimiz adını 1/4 finalçılar sırasına yazdırıb. Azərbaycan komandası 1/4 mərhələdə "D" qrupunda üçüncü yeri tutan komandayla qarşılaşacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin