Bu gün Azərbaycan kubokunun yarımfinalçıları müəyyənləşəcək
Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinalçıları müəyyənləşəcək.
Saat 16:00-da keçiriləcək 1/4 finalın cavab oyununda “Zirə” “Araz-Naxçıvan”ı qəbul edəcək.
İlk görüşdə Bakı klubu minimal hesabla 0:1 hesabı ilə məğlub olub. Qarşılaşmanın qalibi növbəti mərhələdə "Qarabağ"la qarşılaşacaq.
Saat 19:30-da başlayacaq "Neftçi" - "Kəpəz" oyunu ilə 1/4 final mərhələsinə yekun vurulacaq. Paytaxt təmsilçisi ilk görüşdə iki cavabsız qol vuraraq qələbə qazanıb. Qalib komanda yarımfinalda “Sabah”la qarşılaşacaq.
Bundan əvvəl 1/4 finalda "Qarabağ" "Səbail"i (1:0, 3:1), "Sabah" isə "Sumqayıt"ı (0:0, 4:0) mübarizədən kənarlaşdırıb.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



