2500 illik boyunbağı ABŞ-dən Türkiyəyə qaytarılıb
Lidiya dövrünə aid təxminən 2,5 min il yaşı olan boyunbağı ABŞ-dən Türkiyəyə qaytarılıb.
Artefakt uzun illər Boston Muzeyində sərgilənirdi.
Zərgərlik məmulatları Türkiyənin Manisa vilayətində oğurlanıb və 1982-ci ildə qaçaqmalçılıq yolu ilə ABŞ-a aparılıb.
Türkiyənin Nyu Yorkdakı mədəniyyət attaşesi Hilal Dəmirəlin "Anadolu"ya verdiyi məlumata görə, boyunbağının uzunluğu təxminən 20 sm-dir.
Türkiyənin Bostondakı konsulluğunda keçirilən mərasimdə tarixi eksponat rəsmi olaraq Türkiyə hakimiyyət orqanlarının nümayəndələrinə təhvil verilib.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



