Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Premyer Liqa "Ən Yaxşı Menecer" mükafatına namizədləri açıqlayıb

İngiltərə Premyer Liqası sosial mediada 2025/26 mövsümünün ən yaxşı meneceri mükafatına namizədlərin siyahısını dərc edib.

İngiltərə Premyer Liqasında 2025/26 mövsümünün ən yaxşı meneceri mükafatına namizədlər bunlardır:

Keith Andrews (Brentford);
Mikel Arteta (Arsenal);
Michael Carrick (Manchester United);
Pep Guardiola (Manchester City);

Andoni Iraola (Bornmut);

Régis Le Bris (Sunderland).

Arsenal İngiltərə Premyer Liqasının cədvəlinə 36 oyundan 79 xalla başçılıq edir. Manchester City ikinci (77), Manchester United isə üçüncü (65) yerdədir. Mövsümün bitməsinə iki oyun qalıb.