Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Faiq Balabəyli:

BİLİRƏM, BİLMƏYİRSİZ...

Bilirəm, bilməyirsiz mənim bildiklərimi
Görürəm, görməyirsiz mənim gördüklərimi
Mənim kimi sevməzsiz mənim sevdiklərimi,-
sevməyə ürək gərək....
Qınamaram göy üzün, buludlala nə işim
Yerlə, göylə çarpışan cəsarətim, gərdişim.
Hər kəsə aşkar olar  Xudavəndlə görüşüm, -
bir az gözləyə bilsək.
Yarpaq -yarpaq tökülüb, budaq-budaq sınaram
Son ümüdəm, gümanam, son nəfəsəm, son anam
Lakin heç əyilmərəm, yıxılmaram, sanaram
kəfənim olub bələk.
Nə tufandan qorxaram, nə də ki zəlzələdən
Nə hay - küydən çəkinnəm, nə də ki vəlvələdən
Güc verərəm hər kəsə,  güc alaram hərədən
puç olmaz, arzu, dilək.
Çiçəklər öz bağrına sıxar kəpənəkləri
ətirini səpələr ətrafa ləçəkləri
Qaldırar göy üzünə rəngli çərpələnkləri
könül oxşayan külək. 
Üzümü söykəyərəm torpağına bu yurdun
Taxılını becərib, buğdasını sovurdum
Sinəmi ocaq etdim, qorğa kimi qovurdum
kül oldu, yandı ürək...

Best coffeeshop in Berlin