Türkiyədə vəhşi uzunqulağın qədim şəkli tapılıb
Türkiyədə daş üzərində oyulmuş qaçan vəhşi uzunqulağın təsviri tapılıb. Onun yaşı 11 min il ola bilər.
Karahan Təpə arxeoloji sahəsi Türkiyənin cənub-şərqində yerləşir. Burada tapılan strukturların yaşı təqribən 11 min ildir, o cümlədən insan formasında olan 250 T formalı obelisk.
Binanın döşəməsini təşkil edən daşların birində qaçan eşşəyin oyulmuş təsvirini tapdılar. Alimlər qeyd ediblər ki, bu dövrdə iki növ heyvanın təsvirləri çox yayılmışdır: qorxulu və qida kimi istehlak edilən. Yəqin ki, ikinci qrupa vəhşi eşşəklər aid idi. Tapıntı tarixin həmin dövründə insan və vəhşi təbiət arasındakı əlaqəni daha yaxşı anlamağa kömək edəcək.


