Ruslan Tağıyevin “Bayatı-Şiraz” Dəstgahı elmi monoqrafiyasının təqdimatı keçiriləcək
PRESS RELİZ
25 aprel saat 12:00-da Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ruslan Tağıyevin 2026-cı ildə işıq üzü görmüş “Bayatı-Şiraz” Dəstgahı elmi monoqrafiyasının təqdimatı keçiriləcək. Kitabda Azərbaycanın muğam dəstgahlarından biri olan “Bayatı-Şiraz” muğamı barəsində bəhs edilir. Təsadüfü deyil ki, Azərbaycan muğamları UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuş və 2008-ci ildə isə Azərbaycan muğamlarının UNESCO və ISESCO tərəfindən qəbul edilərək bəşəriyyətin qeyri maddi irsinin inciləri siyahısına daxil edilmişdir.
Kitabda sözügedən muğamı gənc alim, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ruslan Tağıyev tarixi mənşəyi, bir dəstgah kimi formalaşması və müasir dövrdə “Bayatı-Şiraz” adı altında dəstgah olaraq, təbliğ edilməsini araşdırmışdır.
Tədbir Sumqayıt Poeziya Evində keşiriləcək.
Tədbirin informasiya dəstəyi: XeberTıme.az, AYMEDİACOMPANY.AZ, Sabaha-İnamla.com Xeberle.com, Mat TV, Azpress.az, VIP Mərkəzi-nə məxsusdur. Təşkilatı dəstək: “Rüqəyya” un məmulatları.
Mənbə: Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi


