Azərbaycan milli komandası Belarusdan qisas aldı
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyununda Belarusu məğlub etdi.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidmətindən veriləni məlumata görə, oyun Su İdmanı Sarayında baş tutub və milli komandanın 4-3 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan komandasının qollarını Ramil Əliyev, İsa Zeynallı, Bayram Bayramlı və Sahib Məmmədov vurub.
Xatırladaq ki, Azərbaycan komandası ilk yoldaşlıq oyununda Belarusa 3-1 hesabı ilə məğlub olub.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



