U-17 millimiz UEFA turnirinin final oyununda Pakistanı məğlub edib
Azərbaycan U-17 milli futbol komandası UEFA İnkişaf Turnirində final oyununu keçirib.
AFFA-nın mətbuat xidmətindən verilən məlumata görə, komanda üçüncü oyununda Pakistan U-17 komandası ilə qarşılaşıb.
Qazaxıstanın Şimkent şəhərindəki Namıs stadionunda keçirilən oyun Azərbaycanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, yeganə qolu Nazim Əliyev 77-ci dəqiqədə vurub.
Baş məşqçi Aqil Nəbiyevin rəhbərlik etdiyi komanda dörd komandanın iştirak etdiyi turniri beş xalla başa vurub.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



