Azərbaycan milli sumo komandası Avropa Sumo Çempionatında yarışacaq
Azərbaycan kişi və qadın sumo komandaları 26-29 iyun tarixlərində Şotlandiyanın Stirlinq şəhərində keçiriləcək Avropa Çempionatında mübarizə aparacaqlar.
"Kişilər bütün mövcud kateqoriyalarda, qadınlar isə bəzi kateqoriyalarda yarışacaqlar. Yekun komanda heyəti hələ müəyyən edilməyib", - deyə Azərbaycan Yapon Döyüş Sənəti və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov Azərtaca bildirib.
Onun sözlərinə görə, yekun komanda heyəti daha sonra təsdiqlənəcək.
Avropa Çempionatı Azərbaycan sumo güləşçiləri üçün mövsümün əsas beynəlxalq tədbirlərindən biri olacaq.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



