"PSJ" və "Bayern" Çempionlar Liqasının yarımfinal mərhələsini açırlar
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi bu gün başlayır.
UEFA mətbuat xidmətinin məlumatına görə, Bayern Münhen (Almaniya) Çempionlar Liqasının yarımfinalının ilk oyununda "PSJ" (Fransa) komandasını qəbul edəcək. "Park de Princes" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Digər yarımfinal matçı da aprelin 29-da keçiriləcək. İspaniyanın "Atletiko Madrid" komandası "Arsenal" (İngiltərə) komandasını qəbul edəcək.


