İtalyan bəstəkarı Pietro Mascagni-nin məşhur “Kənd namusu” operası təqdim olundu
Görkəmli italyan bəstəkarı Pietro Mascagni-nin məşhur “Kənd namusu”(“Cavalleria Rusticana”) operası təqdim olundu.
24 aprel tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında möhtəşəm konsert proqramı təqdim olundu.
Gecədə dirijor Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası (Xalq artisti baş xormeyster Gülbacı İmanova) çıxış etdilər.
Proqram çərçivəsində görkəmli italyan bəstəkarı Pietro Mascagni-nin məşhur “Kənd namusu”(“Cavalleria Rusticana”) operası təqdim olundu. Solistlər - Santuzza Selcan Fermor-Hesketh, Turiddu - Xalq artisti Samir Cəfərov, Alfio - Mahir Tağızadə, Lola - Günel Əsədova, Lucia partiyasını isə Vəfa Cəfərova ifa etdilər.
Zəngin musiqi proqramı və yüksək səviyyəli ifalar dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
RU:
24 апреля в Азербайджанская Государственная Академическая Филармония имени Муслима Магомаева состоялась яркая концертная программа.
Вечер прошёл под управлением дирижёра Народной артист Ялчин Адыгезалов. В концерте приняли участие Азербайджанский Государственный Симфонический Оркестр имени Узеира Гаджибейли и Государственная Хоровая Капелла Азербайджана (главный хормейстер — народная артистка Гюльбаджи Иманова).
В рамках программы была представлена знаменитая опера Пьетро Масканьи «Cavalleria Rusticana» («Сельская честь»).
Партию Сантуццы исполнила Сельджан Фермор-Хескет, Туридду — Народный артист Самир Джафаров, Альфио — Махир Тагизаде, Лолы — Гюнель Асадова, а партию Лючии — Вафа Джафарова.
Насыщенная музыкальная программа и высокий уровень исполнения были тепло встречены публикой и сопровождались бурными аплодисментами.


