Mini-futbol üzrə millimiz Montoneqroya yollanıb
Baş məşqçisi Elşad Quliyev olan mini-futbol üzrə Azərbaycan millisi qarşıdakı EURO-2026-ya hazırlıq prosesini davam etdirir. Qeyd edək ki, bir həftəlik Bakı təlim-məşq toplanışıni (TMT) başa vuran millimiz indi də Montoneqronun Herceq Novi şəhərinə yollanıb. Ötən il Bakıda keçirilən dünya çempionatının (DC-3025) qalibi adını daşıyan millimiz səfər çərçivəsində TMT-lə yanaşı, eyni məkanda təşkil ediləcək mini-turnirdə də özünü sınayacaq.
Xatırladaq ki, millimiz AURO-2026-nin final mərhələsinin "F" qrupunda Avstriya (28 may, saat 13:30), İtaliya (29 may, saat 15:45) və Fransa (30 may, 13:15) millisi ilə qarşılaşacaq.
Yeri gəlmişkən, mayın 27-dən iyunun 4-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatında 24 komanda 6 qrupda mübarizə aparacaq.
İNTİQAM Məmmədov


