Serbiya Kadırovun qardaşı oğluna vətəndaşlıq verdi
Serbiya hakimiyyəti Çeçenistan lideri Ramzan Kadırovun qardaşı oğlu Yakub Zakriyevə vətəndaşlıq verib.
Qərar ölkə hökuməti tərəfindən verilib və sənəd Baş nazir Djuro Matsut tərəfindən imzalanıb.
Fərmanda vətəndaşlığın Serbiyanın "maraqları naminə" verildiyi bildirilir, lakin bu maraqların nə olduğu göstərilmir.
Yakub Zakriyev Kadırovun böyük bacısının oğludur. 2018-ci ildə, 27 yaşında, Qroznı şəhərinin meri təyin edilib və Rusiyanın ən gənc merlərindən biri olub. 2020-ci ildə Çeçenistan administrasiyası və hökumətinin rəhbəri, daha sonra isə baş nazirin müavini və kənd təsərrüfatı naziri olub.
2023-cü ilin iyul ayında Zakriyev Danone şirkətinin Rusiya bölməsinin rəhbəri təyin edilib.


