Misirin Səfirliyinin Mədəniyyət attaşesi "Gücümüz birliyimizdədir" adlı tədbirdə iştirak edib
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Prof.Dr.Tarek Aboul Fotouh Sənaye və Texnologiya Kollecinin müəllimi İlahə Nuriyevanın dəvəti ilə mədəni dəyərlərin qorunması naminə təşkil olunmuş "Gücümüz birliyimizdədir" adlı tədbirdə iştirak etdi.
AZpress.AZ xəbər verir ki, Tədbir tələbələrin və xüsusi qayğıya ehtiyacı olan şəxslərin gözəl çıxışları ilə yadda qaldı.
Tədbirdə çıxış edən mərkəzin müdiri tələbələr arasında olan bağlılığı və onların Azərbaycan mədəni və bədii irsinə olan sevgisini yüksək qiymətləndirdiyini vurğuladı. Həmçinin tədbirin belə yüksək səviyyədə təşkil olunduğu üçün təşkilatçılara minnətdarlığını bildirdi.


