Jalə Əliyeva AÇ-də üçüncü olub
Albaniyanın paytaxtı Tiranada idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Avropa çempionatınin beşinci günü qadınların yarışına yekun vurulub. Son gündə üç təmsilçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Təəssüflər olsun ki, triomuzdan yalnız biri - Jalə Əliyeva (57 kq) belaruslu Arina Demcanka ilə görüşdən qələbə ilə ayrılaraq Avropa çempionatında yenə də bürünc medal qazanıb. Rəqibini "tuş"la məğlub edən Jalə bununla da böyüklər arasında keçirilən Avropa çempionatında üçüncü (01-2) medalını əldə edib.
Amma o unla eyni gündə bürünc medal uğrunda həlledici görüşə çıxan Ruzanna Məmmədova (62 kq) ilə Birgül Soltanova (65 kq) məqlubiyyətlə üzləşərək çıxışını 5-ci yerdə bitirib. Xatırladaq ki, bir gün öncə isə Günay Qurbanova (59 kq) bürünc medal qazanıb.
Beləliklə, qadın yığmamız Tiranada keçirilən Avropa çempionatını 2 bürünc medalla başa vurub.
Xatırladaq ki, qadınlardan öncə yunan-Romacilarin yarışı bitib. Bu yarışda Azərbaycan komandası 5 (2-0-3) medal və 139 xalla komanda hesabında Avropada birinci olub.
Dünən isə, AÇ-də sərbəst güləşçilərin yarışı başlayıb. Yarışın ilk günü döşək üzərinə çıxan 5 təmsilçimizdən biri - İslam Bazarqanov (57 kq) finala yüksəlib. O, həlledici finalda rusiyalı Musa Mextixanovla üzləşəcək.
İNTİQAM Məmmədov


