Tehran Qalibafın istefasını rədd etdi
İran Parlamentinin Media və İctimaiyyətlə Əlaqələr Mərkəzi Spiker Məhəmməd Bağır Qalibafın istefası ilə bağlı xəbərləri təkzib edib.
Bəyanatda Qalibafın heç bir vəzifəsindən istefa vermədiyi bildirilib.
Bəyanatda həmçinin danışıqların növbəti mərhələsinin hələ müəyyən edilmədiyi, ona görə də onun və ya başqa birinin İran nümayəndə heyətinə rəhbərlik edib-etməyəcəyi məsələsinin müzakirə olunmadığı vurğulanıb. Yayılan şayiələrin ictimaiyyəti çaşdırmaq məqsədi daşıdığı və Qalibafın öz vəzifələrini fəal şəkildə yerinə yetirməyə davam etdiyi əlavə edilib.
Qeyd etmək lazımdır ki, son günlərdə onun istefası ilə bağlı iddialar sosial mediada və bir neçə media orqanında yayılıb.


