Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Küveytə İraq ərazisindən dronlarla hücum edilib

Küveyt Silahlı Qüvvələri İraq ərazisindən buraxılan iki dron ölkənin şimalındakı sərhəd obyektlərinə zərbə endirdiyini açıqladı.

"Bu səhər Küveytin şimal quru sərhədindəki iki obyektə İraqdan gələn və fiber-optik rabitə vasitəsilə idarə olunan iki partlayıcı qurğu ilə buraxılan pilotsuz uçuş aparatı vasitəsilə hücum edilib. Hücum nəticəsində maddi ziyan dəyib, lakin itki olmayıb. Müdafiə Nazirliyi təsdiqləyir ki, məsul orqanlar dərhal hadisə ilə bağlı bütün zəruri tədbirləri görməyə başlayıblar", - Küveyt Müdafiə Nazirliyinin sözçüsü Səud Əbdül Əziz Əl-Ətvani sosial mediada bildirib.

Best coffeeshop in Berlin