Rusiya və Ukrayna hərbi əsir mübadiləsi aparıblar
Rusiya və Ukrayna hərbi əsir mübadiləsinin növbəti mərhələsini həyata keçiriblər.
Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat verib.
Nazirliyin məlumatına görə, Rusiya Ukrayna əsirliyindən 193 hərbçini geri qaytarıb. Bunun müqabilində 193 hərbi əsir Ukrayna tərəfinə təhvil verilib.


