Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yeniyetmə cüdoçularımız AK-da yarışacaqlar

25-26 aprel günlərində Almaniyanın paytaxtı Berlində yeniyetmələr (oğlan və qızlar) arasında cüdo üzrə Avropa Kuboku keçiriləcək. İki gün davam edəcək turnirdə Azərbaycan da daxil olmaqla, 36 ölkəni təmsil edən 774 (472 oğlan və 302 qız) cüdoçu tatami üzərinə çıxaraq medallar uğrunda yarışacaq.

ACF-dən verilən məlumata görə, ölkəmiz turnirə 16 çəki dərəcəsində 39 (20 oğlan və 19 qız) cüdoçu ilə qatılacaq. Oğlanlardan ibarət komandaya baş məşqçi Emin İsgəndərov və məşqçi Nicat Şıxəlizadə, qızlar komandasına isə baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək. 

Daha iki həmyerlimiz - ACF-nin "B" kateqoriyalı hakimləri Mehman İmamqulievlə Pərviz Həsənov ilə turnirdə ədalət qoruyuculari arasında yer alacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin