Qarabağın tarixi: Alban irsi və kimlik mübahisələri
"Qarabağın xristian türklərinin (qıpçaq) və qeyri-türk əhalisinin tarixində ən ağır faciə 1836-cı ildə baş vermişdi. Türkmənçay müqaviləsindən və hayların Şimali Azərbaycana köçürülməsindən heç 10 il keçməmiş – 1836-cı ildə hay-qriqorian kilsəsi Azərbaycan-Alban xristian kilsəsinin ləğv edilməsinə nail oldu. Azərbaycanı işğal etmiş çar hökuməti qədim Azərbaycan-Alban xristian kilsəsinin bütün əmlakını Qriqorian kilsəsinə verdi. Bununla da 1000 illik Alban mədəniyyətimizin məhv edilməsinə, saxtalaşdırılmasına və haylaşdırılmasına başlanıldı. Elə həmin vaxtdan etibarən Qarabağın xristian-alban əhalisi kütləvi surətdə qriqorianlaşdırıldı və erməniləşdirildi (haylaşdırıldı). Zaman keçdikcə Qarabağda yaşayan ermənilər iki qrupa ayrıldı:
Çar Rusiyasının bu diyara köçürüb gətirdiyi gəlmə haylar; bir də dönüklər, daha doğrusu dininə və etnik kimliyinə dönük çıxıb sonradan assimlyasiya olub erməniləşənlər".
Tarixçi, akademik Yaqub Mahmudov.
İslamı qəbul etməyən xristian Alban və Ərmən türkləri 1836-cı ildən bu yana haylaşsalar da soyadlarını qoruyub saxlamışlar. İslamı qəbul edən soydaşlarımızın 99 faizi isə daha çox ərəb - fars ad və soyadları qəbul ediblər. Əksər soydaşımız isə rusun soyad sonluğu olan -ov, -iski və -yev sonluqlarından hələ də istifadə edirlər.
"Tarixdə heç vaxt Armeniya adında dövlət olmayıb. Ərməniyyə sadəcə bir coğrafi ərazinin adı idi. Armeniya dövlətinin varlığını sübut edən və erməni hökmdarları tərəfindən erməni dilində yazılmış hər hansı dövlət sənədi heç vaxt olmayıb. Bizim 1918-ci ilə qədər hər hansı dövlətimiz olmayıb. Biz həmişə yunan, fars, ərəb, türk dövlətlərinin tərkibində yaşamışıq. Məhz buna görədir ki, bizdə çoxlu türk adları, soyadları, sözləri var, türklərdə isə heç kimdə erməni adı, soyadı və sözü yoxdur. Bu faktlar bir daha sübut edir ki, ermənilər türk dövlətlərinin tərkibində yaşayıblar".
Filip Ekozyants, erməni tarixçi.


