Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ermənistanlılar vətəni ölkə xaricində axtarmağı dayandırmalıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşlara müraciətində erməniləri ölkə hüdudlarından kənarda vətən axtarmaqdan imtina etməyə çağırıb.

AZpress.AZ xəbər verir ki, 1915-ci il hadisələrinin ildönümü ilə bağlı çıxış edən Paşinyan bildirib ki, həmin dövrdə baş verənlər erməni xalqının intriqalara getməsinin nəticəsi olub.

Onun sözlərinə görə, bu kimi hadisələrin təkrarlanmamasının əsas təminatı dövlətçilik və sülhdür.

Baş nazir vurğulayıb ki, tarixi məqsədlərə çatmaq üçün Ermənistan vətəndaşları beynəlxalq səviyyədə tanınmış ərazilərdən kənarda vətən axtarışına son qoymalıdır.

Best coffeeshop in Berlin