PÇL-da 5-ci tura start verilib
Azərbaycan Respublikasının Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə bu gün Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının 5-ci turuna start veriləcək. İki gün davam edəcək turun ilk günü 4 oyun keçiriləcək. Turun mərkəzi oyunu geridə qalan 4 turun hamısını qələbə ilə başa vuran "Polad"la "Sərhədçi" arasında baş tutacaq.
Günün digər oyunlarında aşağıdakı cütlər qarşılaşacaqlar:
"Elite" - "Embawood";
"Buta Qolden" - "Atilla";
"Xəzər" - "Şamaxı".
Hesabat turuna aprelin 5-də keçiriləcək "Zəfər" - "Omar" oyunu ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov


