Azərbaycan deflimpiyaçıları dünya çempionatında
Bu gün Türkiyənin İstanbul şəhərində deflimpiyaçılar arasında karatenin sotakan növü üzrə dünya çempionatına start verilib. Aprelin 26-dək davam edəcək bu mötəbər yarışda Azərbaycan 10 deflimpiyaçı ilə təmsil olunur. Bu onluqda isə Hikmət Ağayev, Sahib Sahibli, Ələkbər Əlizadə, Elnur Qasımzadə, Nizaməddin Əzimzadə, Yusif Əzimzadə, Elmin Hüseynli, Səma Tağıyeva, Aytən Qədirova və Maral Orucova yer alıb.
İNTİQAM Məmmədov


