Azərbaycan güləş komandası vətənə qayıdıb
Tiranada keçirilən Avropa komanda çempionatında qalib gələn Azərbaycan yunan-Roma güləşi komandası vətənə qayıdıb.
133 xal toplayan komandanı Heydər Əliyev Beynəlxalq Hava Limanında media nümayəndələri, federasiya rəsmiləri və idmançıların ailələri qarşılayıblar.
Komandanın qızıl medalçıları Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq), Rəşad Məmmədov (55 kq), Nihad Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar.
Avro-2026-da Azərbaycan 25 idmançı ilə təmsil olunur.


