Azərbaycanının yunan-Roma güləşi üzrə yığması Avropada birincidir
Albaniyanın paytaxtı Tiranada idman güləşi üzrə keçirilən və Azərbaycan güləşçilərinin də iştirak etdiyi Avropa çempionatında ilk 3 gündən sonra artıq yunan-Romaçıların yarışına yekun vurulub.
AGF-dən verilən məlumata görə, çıxışını 5 (2-0-3) medal və 133 xalla başa vuran Azərbaycanın yunan-Roma üzrə yığması komanda hesabında ötən il olduğu kimi, yenə də birinci yeri tutub. Bununla da yunan-Roma güləşi üzrə yığma komandamız üçqat Avropa çempionu olub. Xatırladaq ki, klassiklərimiz 2022 və 2025-ci ildə də komanda hesabında Avropada birinci olub.
Yeri gəlmişkən, Tiranada Türkiyə 121 xalla ikinci, aktivinə 118 xal yazdıran Gürcüstan isə üçüncü yeri tutub.
Xatırladaq ki, AC-2026-da Azərbaycan komandasının heyətində Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.
Dünəndən etibarən Avropa çempionatında qadınlar mübarizəyə qatılıblar.
İNTİQAM Məmmədov


