Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Həsrət Cəfərov 4 qat Avropa çempionudur

Albaniyanın paytaxtı Tiranada idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatının üçüncü günü yunan-Romaçıların yarışına yekun vurulub. Son gündə üç təmsilçimiz - Niihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) medallar uğrunda həlledici görüşlərə çıxıb. Triomuzdan ikisi çempionluq, biri isə üçüncü yer uğrunda mübarizə aparıb. Hər üç təmsilçimiz həlledici görüşünü qələbə ilə bitirib. 

Bürünc medal uğrunda döşək üzərinə çıxan Nihat rusiyalı rəqibi Suner Konunovu (6:0) üstələyərək AÇ-da üçüncü yeri tutub.

Final görüşünə çıxan Həsrət Cəfərov isə türkiyəli Murat Firatla üzləşib. Görüş həmyerlimizin 7:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Həsrət Avropa çempionatında dördüncü dəfə çempionluq zirvəsinə yüksəlib. O, bu göstərici ilə Azərbaycanın yunan-Roma güləşində rekord vuraraq, yeni tarix yazıb.

Digər finalçımız - Qurban Qurbanov isə həlledici görüşdə Rusiya təmsilçisi Adlet Tyulbayevdən güclü olub - 4:2. Bununla da o, titulunu qoruyub. 

Xatırladaq ki, bunlardan öncə yiqmamizin üzvlərindən Rəşad Məmmədli (55 kq) və İslam Abbasov (87 kq) çempionatda bürünc medal qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin