Türkiyə Rusiya ilə Ukrayna arasında körpülər qurmağa çalışır
Türkiyə Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək və yüksək səviyyəli dialoqa başlamaq üçün səylər göstərir.
Bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə Ankarada görüşündə bildirib.
"Prezident Ərdoğan bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasındakı müharibəni sülh yolu ilə bitirmək, onlar arasında danışıqları bərpa etmək və rəhbərlik səviyyəsində dialoqa başlamaq üçün səylər göstərir", - Türkiyə prezident administrasiyası görüşdən sonra bildirib.


