"Çelsi"nin baş məşqçisi istefa verdi
"Çelsi" Futbol Klubu baş məşqçi Liam Rosenioru istefaya göndərib.
Bu barədə klubun rəsmi saytında məlumat verilib.
"Çelsi"dəki hər kəs adından Liam və komandasına klubdakı bütün səylərinə görə minnətdarlığımızı bildirmək istəyirik. Mövsümün ortalarında təyin olunduğundan bəri Liam həmişə ən yüksək dürüstlük və peşəkarlıq nümayiş etdirib. Bu qərar klub tərəfindən yüngül qəbul edilməyib, lakin son nəticələr və performanslar tələb olunan standartlara cavab verməyib və bu mövsüm görüləsi işlər hələ çoxdur. "Çelsi"də hər kəs Liam-a gələcəkdə uğurlar arzulayır", - klubun mətbuat xidməti açıqlamasında bildirib.
İngilis məşqçi yanvar ayında Strasburqdan "Çelsi"yə keçib.
Tərəflər arasında müqavilənin 2032-ci ilə qədər qüvvədə olması planlaşdırılırdı.
34 Premyer Liqa oyunundan sonra "Çelsi" 48 xalla turnir cədvəlində yeddinci yerdədir.
"Arsenal" 33 oyundan sonra 70 xalla liqaya liderlik edir. Klub son beş Premyer Liqa oyununda qol buraxmadan məğlub olub.


