Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallı RİH başçısı şəhid məzarlarını ziyarət edib

 

Masallı rayonunda şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən sosial dəstək tədbirləri davamlı xarakter daşıyır və bu istiqamətdə həyata keçirilən işlər dövlət siyasətinin prioritet sahələrindən biri kimi diqqətdə saxlanılır.
Bu çərçivədə Araz Əhmədov rayon icra hakimiyyətinin məsul əməkdaşları və yerli sakinlərlə birlikdə Yeyənkənd və Xırmandalı kəndlərində yerləşən şəhid məzarlarını ziyarət edib.
Ziyarət zamanı şəhidlərin xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə tər güllər düzülərək onların Vətən uğrunda göstərdikləri şücaət bir daha anılıb. 
Tədbir çərçivəsində rayon rəhbəri Xırmandalı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Rüstəm Qasımovun məzarı ətrafında aparılan abadlıq və yenidənqurma işlərinin son vəziyyəti ilə də yerində tanış olub. Qəbirüstü abidənin təmiri və ətraf ərazinin səliqəyə salınması istiqamətində görülən işlərin keyfiyyəti qiymətləndirilib.
Görüş zamanı vurğulanıb ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə diqqət və qayğının artırılması Azərbaycan dövlətinin əsas prioritetlərindəndir. Bu siyasət ölkə rəhbərliyi tərəfindən ardıcıl şəkildə həyata keçirilir. Xüsusilə, Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və sosial dəstək tədbirləri bu istiqamətdə mühüm rol oynayır.
Şəhid ailələrinin üzvləri də öz növbəsində onlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə və rayon icra hakimiyyətinə təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, göstərilən diqqət və həssas münasibət şəhidlərin xatirəsinə verilən yüksək dəyərin bariz nümunəsidir.

 

Akif AĞAYEV
 

Best coffeeshop in Berlin