Qadın güləşçimiz Günay Qurbanova AÇ-də bürünc uğrunda güləşəcək
Albaniyanın paytaxtı Tiranada idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatı davam edir. AGF-dən verilən məlumata görə, çempionatın üçüncü günü qadınların yarışına start verilib. Həmin gün yığmamızın iki üzvü - Elnurə Məmmədova (50 kq) və Günay Qurbanova (52 kq) mübarizəyə qatılıb. Elnurə elə startdaca polşalı Aqata Dolusovskaya "tuş"la uduzaraq çıxışını erkən başa vurub.
Günay isə startda almaniyalı Elena Bruqqeni (7:0) məqlub edərək yarımfinala yüksəlib. Təəssüflər olsun ki, güləşçimiz bu mərhələdə üzləşdiyi ukraynalı Mariya Vinniklə bacarmayıb. Görüşün əvvəlində 2:0 hesabla irəlidə olan Günay son saniyədə üstünlüyü əldən verməklə uduzub - 2:6.
O, sabah bürünc medal uğrunda belaruslu Marta Netmanova ilə üzləşəcək.
İNTİQAM Məmmədov


