Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan milli komandasının Avropa Kuboku üçün heyəti açıqlanıb

Bakıda keçiriləcək Bədii Gimnastika üzrə Avropa Kubokunda iştirak edəcək Azərbaycan komandasının heyəti müəyyənləşib.

Turnirdə milli komandanı 10 idmançı təmsil edəcək.

Fərdi proqramda Azərbaycanı Azadə Atakişiyeva, Ayla İsgəndərli, Fidan Qurbanlı və Kamilla Seyidzadə təmsil edəcək. Qrup proqramında isə İlona Zeynalova, Şəms Müvəffəqi, Sofiya Məmədova, Zəhra Cəfərova, İlahə Bahadırova və Alina Məmədova medallar uğrunda mübarizə aparacaqlar.

Best coffeeshop in Berlin