“Baharın rəngləri”adlı yaradıcılıq sərgiləri baş tutdu +FOTO=24
Təbiətlə təmasda ol, əsrarəngizliyi təsvir et! şüarı altında böyüyən gəncliyi təbiətlə təmasa sövq etmək, fərqli fəsillərdə təbiətin əsrarəngizliyini göstərmək və mühafizəsinə həvəsləndirmək məqsədi ilə 8-21 yaş arası uşaq, yeniyetmə və gənclər arasında elan olunmuş “Baharın rəngləri” adlı yaradıcılıq sərgiləri 20-21 aprel tarixlərində 12:00 və 16:00–da olaqla növbəli şəkildə Xətai Sənət Mərkəzində açıldı.
Əsəri sərgilənən iştirakçılara sertifikat təqdim olundu, həmçinin, sərgidən seçilən 19 əsərin müəllifinə hədiyyə təqdim olundu və əsərləri qaytarılmadı və həmin əsərlər Xətai Uşaq Sənəti Qalereyasında sərgilənmək və hansısa mədəni tədbirdə istifadə olunmaq üçün qalereyanın kolleksiyasına daxil edildi.
Tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzidir .
Tədbirin dəstəkçilər isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti və Naxçıvan Rəssamlar Birliyidir.
Sərgiyə ölkəmizin müxtəlif guşələrindən 800-dən çox müraciət daxil olmuşdur və 600-ə yaxın əsər sərgilənmək üçün seçilmişdir.
“Baharın rəngləri” sərgisi Təbiətlə təmasda ol, əsrarəngizliyi təsvir et! şüarı altında keçirilən “Qış nağılı” sərgisindən sönra ikinci tədbirdir və yay və payız tədbirlərimizdə nəzərdə tutulmuşdur.
Tədbirin gənc nəslin təbiətə baxışına xidmət edəcəyinə inanırıq!
Fotolar: Mahir Əhmədov
* bu reportajda olan fotoları sifariş ermək üçün
+99450 554 34 23 mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz
** eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında
REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrələr ilə əlaqə saxlaya bilərsiniz:
+99451 520 30 20
+99450 331 11 11
+99450 554 34 23


