Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Akademiklərimiz" İtaliyada "Paole De Aloya" turnirinə qatılacaqlar 

24-26 aprel günlərində İtaliyada akademik avarçəkmə üzrə "Paole De Aloya" beynəlxalq turnir keçiriləcək. Üç gün davam edəcək bu turnirdə Azərbaycandan olan "akademiklər" də mübarizə aparacaqlar. 

Azərbaycan Su İdmanı Növləri Federasiyasından (ASİNF) verilən məlumata görə, ölkəmiz sözügedən turnirdə məşqçi Volodimir Morozovun rəhbərliyi altında Azər İlyasov, Ziya Məmmədzadə və Nurlan Paşayevdən ibarət trio ilə təmsil olunacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin