AÇ-da 5 güləşçimizdən kişi finala yüksəlib, üçü isə erməniyə uduzub
Albaniyanın paytaxtı Tiranada idman güləşi üzrə keçirilən və Azərbaycan yığma komandasının da iştirak etdiyi Avropa çempionatı yunan-Romaçıların çıxışı ilə davam edir. Çempionatın ikinci günü daha 5 güləşçimiz döşək üzərinə çıxaraq medallar uğrunda mübarizəyə qatılıb. AGF-dən verilən məlumata görə, beşliyimizdən ikisi - Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) daha inamla güləşərək finala yüksəlib və bununla da ən pis halda gümüş medalı özünə təmin edib.
Təəssüflər olsun ki, mübarizəyə qatılan digər üç güləşçimiz - Nihad Məmmədli (60 kq), Ruslan Nurullayev (72 kq) və Murad Əhmədiyev (97 kq) büdrəyib. Ən pisi də odur ki, hər 3 güləşçimiz erməni ilə qarşılaşmada uduzub.
Nihat 1/2 finalda Suren Ağacanyana uduzub. O, aprelin 22-də bürünc medal uğrunda mübarizəni davam etdirəcək.
Ruslan 1/4-də Qaspar Terteryana xal prinsipi (1:1) ilə uduzub. 1/4 finalda mübarizəni dayandıran Murad isə Artur Sarqsyana 0:4 hesabla uduzub.
İNTİQAM Məmmədov


