Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə!
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən taksi sürücüsü olmaq istəyənlərin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə aprelin 7-də keçirilmiş test imtahanında uğur qazanmış şəxslər şəhadətnamələrini şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər.
Bu barədə AZpress.AZ-a DİM-dən məlumat verilib.
Şəhadətnaməni DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz və Şəmkir regional bölmələrindən əldə etmək üçün info@dim.gov.az elektron poçt ünvanına müraciət edilməli və ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir.


