Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Atletimiz İsa Rüstəmov kiçik gümüş medal qazansa da...

Gürcüstanın Batumi şəhərində ağır atletika üzrə keçirilən və Azərbaycan atletlərinin də iştirak etdiyi Avropa çempionatı davam edir. Aprelin 21-də Azərbaycan millisinin üzvü İsa Rüstəmov (71 kq) körpücük üzərinə çıxaraq nəyə qadir olduğunu nümayiş etdirib. Qeyd edək ki, o, birdən qaldırma hərəkətində 147 kq çəkini ram etməklə ikinci yeri tutub və kiçik gümüş medala layiq görülüb. Di gəl ki, atletimiz təkanla qaldırmada istənilən nəticəni göstərə bilməyib. Rüstəmov təkanla cəmi 180 kq nəticə göstərib ki, bu da ona yalnız dördüncü olmaq imkanı verib. Beləliklə, atletimiz iki hərəkətin toplam nəticəsinə (327 kq) görə də Avropada 4-cü yeri tutub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin