Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rəşad Məmmədovla İslam Abbasov Avropada üçüncü olub

Albaniyanın paytaxtı Tiranada güləş üzrə keçirilən Avropa çempionatı yunan-Romaçıların çıxışı ilə davam edir. Çempionatın ikinci günü Azərbaycan komandası aktivinə iki bürünc əyarlı medal yazdırıb.

AGF-dən verilən məlumata görə, çempionatın ikinci günü bürünc medal qazanmaq şansı olan 3 guləscimizdən ikisi - Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib. Maraqlıdır ki, hər iki güləşçimiz bürünc medal uğrunda görüşdə türkiyəli idmançıları üstələyib. 

Rəşad Məmmədov görüşdə Ömər Rəcəplidən (8:0), İslam Abbasov isə Doğan Kayadan (5:1) güclü olub.

Təəssüflər olsun ki, bürünc medal qazanmaq şansı olan daha bir təmsilçimiz - Beka Kandelaki (130 kq) isə ukraynalı rəqibinə uduzaraq çıxışını medalın bir addımlığında başa vurub (5-ci yer). 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin