Azərbaycanın U-20 güləş komandası 13 medalla Türkiyədə üçüncü olub
Türkiyənin Antalya şəhərində 20 yaşlı (U-20) idmançılar arasında güləşin sərbəst və yunan-Roma növü üzrə keçirilən ənənəvi "Çempionlar" turniri başa çatıb. AGF-dən verilən məlumata görə, güləşçilərimiz turnirin son günü da daha 4 (1-2-1) medal qazanıblar. Qızıl medal yunan-Romaci Tural Əhmədovun (63 kq), digər medallar isə sərbəst güləşçilərin payına düşüb. Həlledici finalda büdrəyən Bəşir Verdiyevlə (65 kq) Yusif Dursunov (125 kq) gümüş, çıxışını üçüncü yerdə bitirən Muxamad Qantemirov (125 kq) isə bürünc medal qazanıb.
Beləliklə, Azərbaycanın U-20 millisi "Çempionlar" turnirini komanda hesabında 13 (3-4-6) medal və 119 xalla üçüncü yerdə başa vurub.
İntiqam Məmmədov


