Boksçumuz Nəbi İsgəndərov DK-ya qələbəylə başlayıb
Aprelin 20-də Braziliyanın Fos-du-iquasiu şəhərində kişi və qadınlar arasında keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi boks üzrə Dünya Kubokuna start verilib. Qeyd edək ki, 7 gün davam edəcək turnirin ilk günü yığmamızın üzvü Nəbi İsgəndərov (70 kq) rinqə çıxıb. O, türkiyəli Necat Ekinçi ilə döyüşüb. Döyüş həmyerlimizin 3:2 (30:27, 28:29, 30:27, 28:29, 29:28) hesablı qələbəsi ilə bitib.
İlk mərhələni qələbə ilə keçən boksçumuz aprelin 22-də növbəti döyüşünü (1/8 final) Tacikistan boksçusu Muroqjan Aşuraliyevə qarşı keçirəcək.
İNTİQAM Məmmədov


