Braziliyalı triatlonçu ABŞ-də faciəvi şəkildə ölüb
Braziliyalı triatlonçu Mara Flavia Araujo "Ironman" yarışı zamanı boğularaq ölüb.
Beynəlxalq medianın məlumatına görə, hadisə ABŞ-nin Texas ştatında baş verib.
İdmançı triatlon cəhdinin üzgüçülük hissəsi zamanı göldə boğulub.
Onun cəsədi yerli vaxtla səhər saat 9:30-da Texas gölündə tapılıb. Faktla bağlı araşdırma başlanıb.
Qeyd edək ki, Mara Flavia Araujo təxminən 60.000 izləyicisi olan İnstaqramda da məşhur olub.
İdmançı əvvəllər Brasilia Triatlonunda üçüncü yeri tutub və iki dəfə "Ironman 70.3" Dünya Çempionatına vəsiqə qazanıb.


