Cüdoçumuz Zelim Tckayev AÇ-də yenə də bürünc qazanıb
Gürcüstanın paytaxtı Tbilisidə kişi və qadın cüdoçular arasında keçirilən və Azərbaycan tatami ustalarının da iştirak etdiyi Avropa çempionatı sona yaxınlaşır.
Qeyd edək ki, çempionatın ilk iki günündə biri gümüş və ikisi bürünc əyarlı olmaqla 3 medal qazanan millimiz yarışların üçüncü günü (aprelin 18-də) daha bir bürünc medal qazanıb. Günün medalı tatamiyə çıxan 4 təmsilçimizdən biri olan Zelim Tckayevin (81 kq) aktivinə yazılıb. ACF-dən verilən məlumata görə 1/16 finalda Slovakiya, 1/8-də Bolqarıstan, 1/4-də isə Serbiya təmsilçisini məqlub edən cüdoçumuz yarımfinalda gürcüstanlı rəqibi ilə bacarmayıb. Finaldan kənarda qalan cüdoçumuz üçüncü yer uğrunda görüşdə belçikalı Mattias Kassenidən güclü olub. Bununla da o, ardıcıl ikinci dəfə Avropa çempionatında üçüncü yeri tutub.
Təəssüflər olsun ki, onunla eyni gündə mübarizəyə qatılan Ömər Rəcəbli (81 kq) və Sudabə Aqayeva (70 kq) ikinci görüşdə (1/8 final), Murad Fətiyevsə (90 kq) elə startdaca büdrəyib.
Xatırladaq ki, əvvəlki iki gündə Olimpiya çempionumuz Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifovla (60 kq), Turan Bayramovsa (66 kq) bürünc medal qazanıb. Hazırda millimizin aktivində 4 (0-1-3) medal var.
Çempionata aprelin 19-da yekun vurulub.
İNTİQAM Məmmədov


